main-post-cover

    Wikipedia’nın iOS versiyası möhtəşəm yenilik alıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Açıq mənbə kodlu dünyanın ən böyük ensklopediyası Wikipedia’nın iOS proqramı möhtəşəm yenilik alıb.

    Üzərində edilən önəmli dəyişikliklər ilə 5.0 vesiyasına yenilənən Wikipedia, ilk olaraq daha modern dizayna malik oldu. Proqramın içindəki naviqasiya prosesi sadələşdirilən və sensor ekranda istifadə üçün daha uyğun hala gətirilən iOS üçün Wikipedia, kəşf bölməsi ilə axtardığınız mövzuları daha asan hala gətirir və seçilən mövzuları daha sonra oxumaq üçün saxlamaq kimi seçim də təklif edir. iOS sistemlərin daxili axtarış servisini də istifadə etməyə başlayan proqram, 3D Touch ilə də qüsursuz şəkildə işləyir və emoji axtarışını da təmin edə bilir.
    Ödənişsiz olaraq təklif olunan Wikipedia’ın iOS versiyasını buradan yükləyə bilərsiniz.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər