Windows 10-dakı Messenger üçün çoxdan gözlənilən yenilik təqdim edildi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Facebook” şirkəti Windows 10 üçün olan Messenger-ə çoxdan gözlənilən yenilənməni təqdim edib.
Belə ki, artıq Windows 10 istifadəçiləri Messenger vasitəsilə audio və video zənglər edə biləcəklər. Sözügedən funksiya
çoxdan iOS və Android platformalarında mövcuddur. Lakin indi bütün Windows 10 dəstəkli
cihazlar üçün də aktiv olub. Zəng etmək üçün onlayn olan lazımi şəxsin istifadəçiyə
klikləyərək zəng növündən asılı olaraq kamera və ya mikrofon ikonlarına klikləməlisiniz.
Zənglər internet üzərindən olduğu üçün yaxşı keyfiyyət baxımından yüksək sürətli
internetin olması vacibdir. Şirkətin verdiyi məlumata əsasən onlar yenilənməni
təzə təqdim etdikləri üçün bir çoxları hələki bu funksiyadan yararlana bilməyəcəklər.
Lakin yaxın müddət ərzində sözügedən funksiya hamı üçün aktiv olacaq. Bundan əlavə
olaraq şirkət həmdə Windows Phone üçün də Messenger yenilənməsini təqdim edib. Bu
yenilənmədədə video zənglər aktivdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ