main-post-cover

    Windows 10 üçün Facebook Messenger göründü

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Keçən ilin oktyabr ayında "Surface" tədbiri zamanı Windows 10 üçün qlobal "Facebook, Instagram və Facebook Messenger” proqramlarını inteqrasiya etdiyini açıqlayan Facebook, ortaya çıxan son görüntülərə görə böyük ölçüdə işi tamamlayıb.

     
    Facebook tərəfindən də rəsmi olaraq təsdiqlənən görüntülərdə Windows 10 üçün populyar mesajlaşma proqramı Facebook Messenger qarşımıza çıxır. Ağ rəngli sadə interfeydən istifadə edən proqram, emoji dəstəyi ilə də diqqət çəkir və birbaşa olaraq səs yazma funksiyası ilə səsini yazıb qarşı tərəfə göndərə bilirsiniz. Həmçinin foto ilə video dəstəyi də istifadəçilərə təqdim olunacaq.
    Proqramın rəsmi olaraq nə zaman təqdim olunacağı hələ ki, bilinmir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər