main-post-cover

    Windows 10 üçün İnstagram gəlir!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Microsoft yeni tədbirində Instagram, Facebook və Facebook Messenger proqramlarının Windows 10 platformasına gələcəyini açıqladı. Hətta Google firması ilə aralarındakı patent problemini də həll edən Microsoft Gmail, Google Maps, Hangouts, Youtube və bir çox mobil proqramı da öz platformasında istifadəyə verə bilər.

    Windows 10 için Instagram Geliyor!
    Microsoft yeni tədbirində Lumia 950, Lumia 950 XL, MicrosoftBand, SurfacePro4, SurfaceBook və HoloLens adlı məhsullarını ictimaiyyətə tanıtdı. Yeni cihazları ilə olduqca bəyənilən Microsoft tədbir zamanı az da olsa proqramlaşma sahəsindən xəbər verdi. 
    Microsoft artıq populyar media platforması olan Facebook’un dəstəyini alıb. Facebook Windows 10 üçün Instagram, Facebook Messenger və Facebook proqramlarının artıq yazılmağa başlandığını və tezliklə marketdə öz yerini alacağını açıqladı. Windows10’un planşet modu xüsusiyyəti ilə Facebook proqramlarının daha stabil performansı gözlənilir.
    15-10/07/windows-10.jpg
    Keçən həftə Microsoft və Google’un aralarındakı bütün patent problemlərini həll etməsi isə Google’un Gmail, Google Maps, Hangouts, YouTube və daha bir çox populyar mobil proqramlarının Windows 10 Mobile üçün də yazılması iddialarını ortaya atdı. Əgər bu iddialar doğru olsa, onda Windows ağıllı telefon istifadəçiləri üçüncü partiya proqram əsarətindən qurtularaq rəsmi proqramları istifadə edəcəklər. Əlavə olaraq Global Windows Platform ilə Google proqramlarının bütün Windows platformlarında işləyə biləcək şəkildə Windows Mağaza üzərindən təklif edə bilər. 

    Linki kopyala