main-post-cover

    Windows 10-nun yeni versiyasının çıxış tarixi bəlli oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft şirkəti rəsmi olaraq Windows 10 ilə çalışan cihazlar üçün Windows 10 Anniversary adlı yeni versiyanın çıxış tarixini açıqlayıb. 29 İyul 2015-ci il tarixində Microsoft Windows 10 əməliyyat sistemini təqdim etmişdir. Windows 7.8 və Windows 8.1 istifadəçiləri öz sistemlərini 10-cu versiyaya kimi pulsuz yeniləyə bilərlər. Lakin 29 İyul 2016-cı il tarixindən sonra yenilənmə üçün əlavə pul ödəmək lazım gələcək. Pulsuz yenilənmə dövrünün bitməsindən sonra, yəni 2 avqust tarixində Microsoft sistemin yenilənmiş versiyası olan Windows 10 Anniversary-ni təqdim edəcək. Sistemin yenilənmiş versiyasının əsas xüsusiyyətləri Windows Ink əlyazma funksiyası, Edge brauzerinin yeni funksiyaları və təhlükəsizlik sisteminin yenilənməsidir. Yeni sistemdə olan dəyişikliklər həmçinin gamerlərin də ürəyincə olacaq. Belə ki, Windows-un online mağazasında bir dəfə alınmış oyunları həm Xbox One-da həmdə Windows 10 dəstəkli kompüterdə oynamaq mümkün olacaq. Bu zaman oyun prosesi hər iki platforma arasında sixronlaşdırılacaq. Qeyd edək ki, hal-hazırda Windows 10 350 milyon cihazda quraşdırılıb. Microsoft-un sözlərinə əsasən 10-cu versiya şirkətin tarixində ən dinamik inkişaf edən sistemdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər