Windows 10 'a Ekran Çəkmə Funksiyası Əlavə Olundu!

08.05.2017 0 PAYLAŞIM 14870 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Microsoft 'un ən yeni əməliyyat sistemi Windows 10 'a ekran videosu çəkmə funksiyası əlavə olunub. Əlavə proqramdan istifadə etmədən video çəkməyinizə kömək edən proqram haqqında detallar isə belədir:

Windows 10, Ekran Videosu Çekme Özelliği!

Windows 7 və 8.1 istifadəçilərinə ödənişsiz olaraq təqdim olunan Windows 10 qısa zaman öncə böyük yeniləmə aldı. Dizayn və proqram bölməsində əsaslı dəyişikliklər olunan bu yeniləmə ilə Windows 'un versiya nömrəsi 10240 olaraq dəyişdirildi. Bir çox təhlükəsizlik problemlərinin də həll olunduğu bu yeniləmə qarşımıza yeni funksiya çıxdı.

Ekran videosunu və görüntülərini xarici proqram olmadan çəkməyinizə kömək edən bu funksiya bir çox istifadəçini əlavə ödənişdən xilas edəcək. Çox funksional bir proqram olmasa da oynadığınız oyun və proqramlarda etdiyiniz əməliyyatları rahatlıqla çəkə bilərsiniz. Xbox konsolu ilə də əlaqəli işləyən bu funksiyanı Microsoft hesabınız ilə aktivləşdirə bilərsiniz.

15-12/07/win-10-2.png

Windows + G kombinasiyası ilə ekrana gələn funksiya aktivləşmək üçün sizdən icazə istəyir. İcazə verildikdən sonra sizi qarşılayan Game çubuğu vasitəsilə ekran görüntülərini video kimi çəkə bilirsiniz.