Əməliyyat sistemi bazarında Windows 7 hələ də böyük payla liderliyini davam etdirir. Amma Windows 10 isə əmin addımlarla yüksəlişini sürdürür.
NetMarketShare’nin Aprel 2016 hesabatına görə Windows 7’nin Bazar payı 48.79%dir. Windows 10 isə ikinci yer ilə Bazarın 14.35%’nə sahibdir. Windows XP isə 10.90%’dən aşağı düşüb və 9.66% ilə üçüncüdür. Digər tərəfdən Windows 10’un Mart 2016 hesabatında Bazar payı isə 14.15% idi. Böyük irəliləmə olmasa da, yavaş yavaş artım yaşanır. Microsoft’un Mart ayı sonunda Windows 10’un aktiv olaraq 270 milyon cihazda istifadə olunduğu açıqlandı. Mac OS 10.10’un bazar payı 2.37%, Linux isə 1.56%’lik paya sahibdir. Microsoft tərəfindən Yay aylarında Windows 10 üçün təqdim olunacaq Anniversary Update (İldönümü Yenilənməsi) bu sistemin istifadəçilərinin sayını da artıra bilər.
Şərh yoxdur