Windows-da silinməsi məsləhətli tətbiqlər

Windows-da silinməsi məsləhətli tətbiqlər

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İlk öncə bu tətbiqləri hardan tapmaq sualı yaranır. Əgər sizin kompüterinizdə Windows XP əməliyyat sistemi quraşdırılıbsa onda onu birdəfəlik pozmağınız məsləhətdir. Yox əgər Windows 7, 8 və ya 10 quraşdırılıbsa onda ayarlara daxil olub axtarış bölməsinə "Programs” yaxud "Delete” yazmağınız kifayətdir. Hər iki əmr sizi "Programs and Features” bölməsinə yönləndirəcək. Əgər siz bu bölməyə birinci dəfə daxil olursunuzsa onda anlamadığınız tətbiqlərin çoxluğundan təəccüblənə bilərsiniz.

Microsoft Silverlight


Bir vaxtlar bəzi saytlara daxil olmaq üçün brauzerlərə müəyyən funksiyalar və ayarların əlavə olunması lazım idi. Bu cür ayarlardan biri də Microsoft Silverlight idi. Lakin günümüzdə bu texnologiyadan artıq istifadə olunmur. Hətta "Microsoft” da onun dəstəyini dayandırıb. Məsələn Windows 10-nun Edge brauzerində sözügedən texnologiyanın izi tozu belə yoxdur. Buna görə də siz bu tətbiqi heç bir şübhəsiz poza bilərsiniz.

"Toolbar” söznünün olduğu hər şeyi pozun

Bing Bar, Google Toolbar for Internet Explorer, Ask Toolbar, Yahoo! Toolbar, Babylon ToolbarYandex Toolbar kimi özəlliklər artıq keçmişdə qalıb. Onların etdikləri tək şey sistem təminatında əlavə yer tutmaqdır. Onları rahatlıqla pozmaq olar. Belə ki, onları pozduqdan sonra kompüter sisteminizin işləmə sürəti bir qədər arta bilər.

"Cleaner” adlı hər şeyi pozun

Bir vaxtlar məşhur olmuş, lakin indi istifadə edilməyən bu tətbiqlər sizin kompüterinizi lazımsız şeylərdən pozub onun sürətini artırmağa yönəlik idi. Troyan viruslardan ən yaxşı qorunmağın üsulu standart antivirusları kompüter sisteminə yazmaqdır. Sərt diskdəki boş yerin TB-larla, yaddaşın isə GB-larla ölçüldüyü bir zamanda lazımsız faylların bir müddətliyə pozulmasında perspektivlik yoxdur. Lakin yeganə istisna odur ki, əgər yaddaş və sərt diskdəki yer azdırsa onda CCleaner tətbiqini saxlaya bilərsiniz. Bu tətbiq artıq əvvəlki kimi olmasa da müəyyən anlarda zəif kompüterlər üçün köməklik göstərə bilər.

Java

Keçmişdən daha bir xüsusiyyət. Əgər siz xüsusi tətbiqlər və ya veb servislər üzərində çalışırsınızsa onda Java sizlərə lazımlı ola bilər. Lakin əgər siz kompüteri yalnız internet və digər media xüsusiyyətlərinə görə istifadə edirsinizsə onda Java-nı rahatlıqla poza bilərsiniz. Əgər sizin kompüterinizdə nəsə işə düşməsə onda siz həmin yerə daxil olaraq Javanı yenidən yükləyib onu sistemə quraşdıra bilərsiniz.

Skype Click to Call

Skype-dan istifadə etmirsinizsə onu birdəfəlik pozun. Əks halda Skype-ı mobil telefona çevirərək hər bir nömrəyə zəng edən istifadəçilər bu funksiyadan azad ola bilərlər. Bu plaginin pozulması Skype-ın işinə zərər verməyəcək. Əksinə kompüterinizin sürətlə işləməsinə yardımçı olacaq. Lakin diqqətli olun. Belə ki, Skype uyğun bir anda bu funskiyanı yenidən əlavə edə bilər.

QuickTime

QuickTime Windows-da o qədər də məşhur deyil. Lakin hansısa səbəbdən bu tətbiq kompüterinizdə mövcuddursa onda onu pozmağınız məsləhətdir. Belə ki, QuickTime-da Windows üçün iki kritik xüsusiyyət aşkar edilib. Həmin kritik xüsusiyyətlər vasitəsilə uzaq məsafədən xüsusi veb səhifə və ya faylın açılması ilə kompüterdə ixtiyari kodu işə salmaq olar. Bu günə kimi bu xüsusiyyətdən istifadə edərək hacker hücumu qeydiyyata alınmayıb. Lakin sabah nə olacağı məlum deyil. Bu mənfi xüsusiyyətlərə baxmayarq "Apple” onları aradan qaldırmaqda niyyətli deyil. Belə ki, şirkət Windows üçün QuickTime dəstəyini dayandırıb. Bu tətbiq sonuncu dəfə bu ilin Yanvar ayında yenilənmişdi. Bundan sonra Windows üçün bu tətbiqin yenilənməsi olmayacaq.

Noutbook, printer və s. istehsalçılarının lazımsız tətbiqləri

Hər bir noutbook, printer, fotokamera və s. cihazların istehsalçıları sistemə müxtəlif lazımsız tətbiqləri yazmağa can atırlar. Çox zaman bu tətbiqlərdən hansının lazımlı hansının lazımsız olduğunu müəyyənləşdirmək çətin olur. Belə anlar üçün Should I Remove It? Tətbiqini yazmaq məsləhət görülür. Bu tətbiq sistemdəki digər tətbiqləri analiz edərək istifadəçiyə nəyin lazımlı nəyin lazımsız olduğunu bildirir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×