main-post-cover

    Windows Phone\'un sonu necə olacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Android və iOS əməliyyat sisteminə sahib olan cihazlar arasındakı rəqabət içərisində "Mən də varam" deyib bazara girən Nokia, Microsoft damı altında Windows Phone ilə qarşımıza çıxdı. Böyük iddialar ilə son 4 ildir aktiv olan cihazlar hələki, istənilən nəticəni vermir. Uyğun qiymət strategiyası ilə qarşımızda olan cihazlar uğurlu olmağı bacarmır. Xüsusilə, proqram kasıblığına görə insanların bu platformaya keçməməsi şirkəti bir xeyli düşündürür. İDC hesabatına görə 2015-ci ilin son rübündə satılan 400 milyon ağıllı telefonun sadəcə 1.1%’i Windows Phone’a aid olub. Özü özünü yeniləyən firma Windows 10 ilə bu dəfə uğurlu olmaq fikrindədir. Amma bu müharibənin sonu necə olacaq, hələ də bilinmir..
    Linki kopyala