Windows-un Məşhur Mavi Ekranı Tarixə Qovuşdu : Artıq Yaşıl Ekran Var!

08.05.2017 0 PAYLAŞIM 5538 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Windows ilə bağlı problem yaşayarkən görməkdən ən çox qorxduğumuz rəng olan mavi, yerini yaşıla təhvil verdi.

Sistemin çökdüyünə işarət edib,  Windows istifadəçilərinin başını kifayət qədər ağrıdan mavi ekran artıq tarixə qovuşdu. Tarixə qovuşdu ifadəsini müsbət mənada işlətmirik: yəni Windows əməliyyat sisteçinin artıq qüsursuz olduğunu və çökməyəcəyini nəzərdə tutmuruq. Mavi ekran sadəcə formasını dəyişdi və yerini yaşıl ölüm ekranına təhvil verdi. Microsoft layihə idarəçii Marrhijs Hoekstra dəyişikliyin ipuclarını Twitter hesabında verib. Sonunda da iddiaları rəsmi olaraq təsdiqlədi. 


Microsoftun mavi rəng yerinə niyə yaşılı seçdiyi isə tam bir müəmmadır. Bəzi iddialarda isə Microsoftun problemi asanlıqla tapmaq üçün yaşılı seçdiyini bildirilir. Ancaq mavi ekran ilə yaşıl ekran arasında rəng xaric nə kimi bir fərq var, əmin deyilik. Bildiyiniz kimi Amerikalı şirkət, Windows 8-də mavi ölüm ekranından xilas olmaq üçün QR kodları ilə bir yenilənmə etmiş və böyük ölçüdə uğurlu da olmuşdu.
Son Windows 10 yenilənməsinin gələcək aydan əvvəl paylaşılması gözlənilmir. Sızdırılan məlumatlar; yenilənmə ilə Cortana sisteminin inkişaf edəcəyi, Microsoft Edge bölmələrində düzəlişlər ediləcəyi və Xbox Game Mode-un daha da professionalaşdırılacağı barədədir.