main-post-cover

    Wolverine 3 filmindən bəzi məlumatlar

    Digər
    07.05.2017
    Farid Pardashunas
    X-Men komiks seriyasının pərəstişkarlarına Sabretooth ləqəbi ilə tanınan Victor Creed personajı Wolverine-a həsr olunacaq 3-cü filmdə geri qayıda bilər. Bu barədə Hugh Jackman özü müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə Wolverine-nın əsas rəqiblərindən biri olan Sabretooth-un filmə qayıtma üsulları müzakirə olunur. Bundan əlavə aktyor yeni filmdə izləyicilərin Wolverine obrazının "berserker rage" adlı qeyri-adi gücünü görə biləcəklərini bildirib. Sözügedən qeyri-adi gücdən istifadə edən zaman Wolverine nəinki düşmənlərinə qarşı, həmdə dostlarına qarşı təhlükəli ola bilir. Qeyd edək ki, "Wolverine 3" filmi Hugh Jackman-ın Wolverine obrazını canlandıracağı son film olacaq. Həmçinin güman olunur ki, "Wolverine 3" X-Men film seriyasını yekunlaşdıracaq. Gələcəkdə isə FOX studiyası tamamilə yeni aktyorlar vasitəsilə film seriyasını yenidən canlandıra bilər. 2000-ci ildə rejissor Bryan Singer tərəfindən əsası qoyulmuş film seriyasının 7 hissəsində Hugh Jackman Wolverine obrazını canlandırmışdır. "Wolverine 3" filminin premyerası 2017-ci ildə baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər