
WORDEGO Azərbaycan Bazarında! Online reklamdan pul qazanın.
Tech-Biznes
Elm & Texnologiya
Startup və Biznes
e-ticaret
07.05.2017
Farid Pardashunas
ABŞ mərkəzli Türkiyənin məşhur reklam
platforması artıq rəsmi olaraq Azərbaycanda da fəaliyyətinə başlayıb. San-Fransisko,
Chicaqo, Türkiyə və Dubay-dan sonra Azərbaycanda da fəaliyyətinə başlayan şirkət
reklam verənlərlə reklam yayımlayanlar arasında əlaqəni təmin edən online
reklam platformasını istifadəçilər üçün təqdim edir. Nəzərə alsaq ki, Azərbaycanda
bloq və websayt sahibləri öz saytlarında Google Adsense reklamı yerləşdirməkdə çətinlik çəkirdilər. Bunun əsas səbəbi Adsense-in Azərbaycan dilində məlumat yerləşdirən
saytları dəstəkləməməsidir. WORDEGO reklam platformasının xidmətindən istifadə
etməklə bu problemi kökündən həll etmək mümkündür. Sadəcə saytınızı platformada
qeydiyyatdan keçirərək, sizə uyğun təqdim olunan reklam kodunu öz web
resursunuzda yerləşdirməklə saytınıza reklam ala bilərsiniz. CPM və CPC ölçümlərinə
görə sizə reklam baxışı və hər reklam klikinə görə ödəniş olunur. 10-dan çox
beynəlxalq reklam platforması ilə əməkdaşlıq edən WORDEGO sizin reklam
qazanclarınızın artımı üçün bir sıra imkanlar yaradır.
WORDEGO
platformasında 2 cür hesab növü mövcuddur.
Reklam
yayınlayanların hesabı – bu hesab növündə siz saytda qeydiyyatdan keçərək
reklam yerləşdirmək istədiyiniz saytı daxil edib, saytınıza reklam ala bilərsiniz.
Real anda hərraca əsaslanan sistem platformalardan gələn ən yüksək qazanc
dəyərlərinə sahib reklamları sizin saytda yayımlayır. Sistemdə qeydiyyat
çox sadədədir və 4 mərhələdən ibarətdir. Pulsuz hesab açın, saytınızı
qeydiyyatdan keçirin, reklam kodunu alın və kodu saytınızda yerləşdirin.
Reklamı yerləşdirdikdən sonra hər gün qazanclarınızı şəxsi hesabınızdan
izləyə bilərsiniz. 100 dollar (euro, TL) fix məbləğ qazanc olduqdan sonra
dərhal vəsaitinizi nəğdləşdirmək mümkündür. (bank köçürmə üsulu ilə)

2000-dən çox reklam verəninin brendini tanıtmaq, sizi reklam almaq, əlaqə qurmaq, müqavilə bağlamaq və s. kimi əziyyətlərdən bir dəfəlik xilas edəcək.

Reklam verənlərin
hesabı – Şirkətiniz, məhsulunuz yaxud saytınızın reklamını daha effektiv bir şəkildə
hədəf kütləyə çatdırmaq istəyirsinizsə bu rəqəmsal platformadan istifadə etməyiniz
məsləhətdir. Öz reklam kampaniyanızı yaratmaqla, hədəf kütlənin davranışlarına
uyğun seçim edə və təkrar hədəfləmə (remarketing) vasitəsilə 5000-dən saytda
brendinizi tanıda bilərsiniz. ( Qeyd edək ki, WORDEGO Azərbaycanda yeni fəaliyyətinə
başladığı üçün bu reklam hesabından, kifayət qədər yayımlayıcı yerli sayt
olduqdan sonra istifadə etməyiniz məsləhətdir. Bu, sizin brend yaxud məhsulunuzu
yerli kütləyə tanıtmaqda ən faydalı seçim olardı.

Rahat istifadə paneli, valyuta seçimləri, hədəfləmə
və gündəlik hesabatlarla Adsense-in dəstəkləmədiyi bir ölkədə ən qazanclı online
reklam platforması olaraq WORDEGO-dan elə indi qeydiyyatdan keçib, qazanmağa
başlaya bilərsiniz. Qeydiyyat üçün daxil olun.
Qeyd edək ki, WORDEGO şirkətinin Azərbaycanda yerli icra orqanı və əməkdaşı Technote Media şirkətidir. Daha çox məlumat üçün farid@wordego.com yaxud +994 50 231 25 38 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Linki kopyala
Həftənin xəbərləri

