WORDEGO Azərbaycan Bazarında! Online reklamdan pul qazanın.

WORDEGO Azərbaycan Bazarında! Online reklamdan pul qazanın.

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

ABŞ mərkəzli Türkiyənin məşhur reklam platforması artıq rəsmi olaraq Azərbaycanda da fəaliyyətinə başlayıb. San-Fransisko, Chicaqo, Türkiyə və Dubay-dan sonra Azərbaycanda da fəaliyyətinə başlayan şirkət reklam verənlərlə reklam yayımlayanlar arasında əlaqəni təmin edən online reklam platformasını istifadəçilər üçün təqdim edir. Nəzərə alsaq ki, Azərbaycanda bloq və websayt sahibləri öz saytlarında Google Adsense reklamı yerləşdirməkdə çətinlik çəkirdilər. Bunun əsas səbəbi Adsense-in Azərbaycan dilində məlumat yerləşdirən saytları dəstəkləməməsidir. WORDEGO reklam platformasının xidmətindən istifadə etməklə bu problemi kökündən həll etmək mümkündür. Sadəcə saytınızı platformada qeydiyyatdan keçirərək, sizə uyğun təqdim olunan reklam kodunu öz web resursunuzda yerləşdirməklə saytınıza reklam ala bilərsiniz. CPMCPC ölçümlərinə görə sizə reklam baxışı və hər reklam klikinə görə ödəniş olunur. 10-dan çox beynəlxalq reklam platforması ilə əməkdaşlıq edən WORDEGO sizin reklam qazanclarınızın artımı üçün bir sıra imkanlar yaradır.

WORDEGO platformasında 2 cür hesab növü mövcuddur.


Reklam yayınlayanların hesabı – bu hesab növündə siz saytda qeydiyyatdan keçərək reklam yerləşdirmək istədiyiniz saytı daxil edib, saytınıza reklam ala bilərsiniz. Real anda hərraca əsaslanan sistem platformalardan gələn ən yüksək qazanc dəyərlərinə sahib reklamları sizin saytda yayımlayır. Sistemdə qeydiyyat çox sadədədir və 4 mərhələdən ibarətdir. Pulsuz hesab açın, saytınızı qeydiyyatdan keçirin, reklam kodunu alın və kodu saytınızda yerləşdirin. Reklamı yerləşdirdikdən sonra hər gün qazanclarınızı şəxsi hesabınızdan izləyə bilərsiniz. 100 dollar (euro, TL) fix məbləğ qazanc olduqdan sonra dərhal vəsaitinizi nəğdləşdirmək mümkündür. (bank köçürmə üsulu ilə)


2000-dən çox reklam verəninin brendini tanıtmaq, sizi reklam almaq, əlaqə qurmaq, müqavilə bağlamaq və s. kimi əziyyətlərdən bir dəfəlik xilas edəcək.


Reklam verənlərin hesabı – Şirkətiniz, məhsulunuz yaxud saytınızın reklamını daha effektiv bir şəkildə hədəf kütləyə çatdırmaq istəyirsinizsə bu rəqəmsal platformadan istifadə etməyiniz məsləhətdir. Öz reklam kampaniyanızı yaratmaqla, hədəf kütlənin davranışlarına uyğun seçim edə və təkrar hədəfləmə (remarketing) vasitəsilə 5000-dən saytda brendinizi tanıda bilərsiniz. ( Qeyd edək ki, WORDEGO Azərbaycanda yeni fəaliyyətinə başladığı üçün bu reklam hesabından, kifayət qədər yayımlayıcı yerli sayt olduqdan sonra istifadə etməyiniz məsləhətdir. Bu, sizin brend yaxud məhsulunuzu yerli kütləyə tanıtmaqda ən faydalı seçim olardı.


Rahat istifadə paneli, valyuta seçimləri, hədəfləmə və gündəlik hesabatlarla Adsense-in dəstəkləmədiyi bir ölkədə ən qazanclı online reklam platforması olaraq WORDEGO-dan elə indi qeydiyyatdan keçib, qazanmağa başlaya bilərsiniz. Qeydiyyat üçün daxil olun.

Qeyd edək ki, WORDEGO şirkətinin Azərbaycanda yerli icra orqanı və əməkdaşı Technote Media şirkətidir.
Daha çox məlumat üçün [email protected] yaxud +994 50 231 25 38 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramçıların maaşları ölkələrə görə necə dəyişir?

Əgər bir proqramçısınızsa və bir çoxları kimi siz də San Fransisco-da bir həyatı n xəyalını q..


"Apple", istifadəçilər üçün Apple Support tətbiqini təqdim etdi..

\"Apple” şirkəti iPhone və iPad-lər üçün nəzərdə tutulmuş Support tətbiqini təqdim edib. ..


Uber-in rəqibi Lyft taksi xidməti rekord qırdı

Çin-dəki \"Didi Chuxing\" rəqabətində geri çəkilən Uber-in ABŞ-dakı rəqibi Lyft, iyul a..


Kingii - Xilasedici Qolbağ

Yaxşı üzə bilərik ya da heç üzməyi bilmir də ola bilərik amma yenə də dənizin zarafatı olmadığ..


Məşhur "techcrunch.com" saytı "OurMine Team" tərəfindən hack..

Bu dəqiqələrdə texnologiya və startap xəbərləri ilə məşhur platforma olan \"techcrunch.com\&qu..


Verizon, Yahoo-nu 4,8 milyard dollara satın aldı

Yenilənmə: Xəbər rəsmi olaraq təsdiqləndi. \"Verizon\"un \"Yahoo\"nu alması x..

×