

Dünyanın ən çox oynanan MMO oyunlarından biri olan World of Tanks oyununu Playstation 4 üçün elan olunandan sonra bir çox oyunçu böyük həyəcanla gözləmə başlamışdı. Bu xəbərimizdə oyunla bağlı yeni məlumatları sizə çatdıracağıq. World of Tanks\'ın PS4 üçün Açıq Beta versiyası haqqında məlumat gəlib.

Rəsmi Playstation blog səhifəsi tərəfindən edilən açıqlamaya görə World of Tanks Açıq Beta versiyası 4 dekabrda aktivləşdiriləcək. Bu versiyada fərqli siniflərdən 5 tank yer alacaq və 15x15 müharibə modu açıq olacaq.
Tamamilə Free To Play olan oyunda pay to win, yəni hər hansı bir dəyət ödəyib qazanmaq sisteminin olmaması da oyunun müsbət cəhətlərindən biridir. Açıq Beta versiyasındakı oyunun bütün məlumatları oyunun əsas versiyasında saxlanacaq. Yəni, oyuna qaldığınız yerdən davam edə biləcəksiniz. Oyunu yükləyənlər üçün Playstation mövzulu xüsusi tank da oyuna daxil edilib. Açıq Beta versiyasında M22 Locust adlı tank da istifadəyə açıq olacaq.
Şərh yoxdur