

İyul və avqust aylarında xanımların İT üzrə bilik və bacarıqlarını artıra biləcəyi Tech-Tech Xanım Yay Məktəbi fəaliyyət göstərəck. Belə ki, 3 həftəlik intensiv kursa iki ayrı qrup üzrə artıq seçim mərhələsinə start verilmişdir. İlk qrup 10-16 yaşlı qızlar üçün, digər qrup isə yaşından və təcrübəsindən asılı olmayaraq, bu sahəyə marağı olan bütün qadınlar üçündür.
"Artıq" düymə Win nəyə lazımdır?
Əgər siz dədünyada
sürətlə inkişaf edən sahənin bir hissəsi olmaq, 21-ci əsrdə ən çox işçi tələb
olunan sektorda karyera qurmaq, digər qızlarla birlikdə İT bilik və
bacarıqlarınızı artırmaq, stereotipləri qırmaq, özünəinamı artırmaq və
arzularınıza çatmaq istəyirsinizsə,Yay Məktəbinə qoşulun!
Kurs ərzində xanımlar
proqramlaşdırmanın əsasları, texnoloji anlayışlar, verilənlər bazası, şəbəkə texnologiyaları,
mobil tətbiqlərin yaradılması, layihə üzərində işləməyi öyrənəcəklər.
Bütün zamanlarda sizin edə biləcəyiniz ən yaxşı töhfə məhz özünüzə, sizin
inkişaf və təhsilinizə olan töhfədir, əziz xanımlar.
İçştirak etmək üçün müvafiq formanı doldurmaq lazımdır:
• 10-16 yaşlı şagirdlər üçün: https://goo.gl/forms/0wICqP8Sn7zR7zLB2
• tələbələr və məzunlar üçün:https://goo.gl/forms/1KBYvEwENQpWDmjx2
Təlimçi:Günay
Kazımzadə
- Britaniya məktəbində İKT İnstruktor
- Xəzər Universiteti, Riyaziyyat üzrə Lektor
- Tech Tech Xanim Layihəsinin Meneceri
(Daha ətraflı https://www.linkedin.com/in/gunaykazimzade)
Zaman:
• 10-16 yaşlı şagirdlər üçün: Həftə içi hər gün 10:30-13:00
• tələbələr və məzunlar üçün: Həftə içi hər gün 17:30-20:00
Başlama tarixi və müddəti: 4 İyul- 22 Iyulvə ya 1 Avqust – 19 Avgust
Qeyd edək ki, WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın, "qeyri-mümkün" arzularını həyata keçirmək üçün yol göstərən, işarələr verən platformadır. Tech-Tech Xanim isə İT elmini xanımlar arasında təbliğ etmək və bu sahədə xanım mütəxəssislərin sayını artırmaq məqsədilə yaradılan layihədir.
Şərh yoxdur