main-post-cover

    WWDC 2016 dəvətnaməsinin gizli mənası

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple nə edirsə, daima gözəl etməyə çalışır. Xırda detallara nə qədər fikir verdiklərinin dəfələrlə şahidi olmuşuq. Hətta ilk baxışdan sadə görünən dəvətnamələrində də bizlərə daima sətiraltı mesaj çatdırırlar. Reddit forumunun istifadəçiləri WWDC 2016 dəvətnaməsinində gizli mənasını aşkara çıxarıblar.

    Bu ilki konfransa dəvətnamə komputer kodu şəklində hazırlanıb. Bu simvolikdir çünki, ilk növbədə bu konfrans proqramçılar üçün nəzərdə tutulub.
     
    wwdc2016_1
     
    Dəvətnamənin hər sətri isə App Store-un bir proqramına yaxud oyununa ünvanlanır:
    - Hello love at first swipe - Söhbət Tinder proqramından gedir
    - Hello other side of the road - Düşünürük ki, söhbət məhşur Crossy Road oyunundan gedir 
    - Hello yogi on my wirst - Apple Watch üçün olan Pocket Yoga proqramı nəzərdə tutulur. 
    - Hello driver, fast as you can - Uber
    - Hello workout in my living room - Ola bilər ki, 7-Minute Workout nəzərdə tutulur.
    - Hello every pitch, every highlight - At Bat proqramı.
    - Hello self-combusting selfies - Snapchat
    - Hello double tap heart - Instagram
    - Hello rain in five minutes - Dark Sky
    - Hello 6 seconds of fame - Vine
     
    Maraqlıdır ki, demək olarki sözü gedən bütün proqramlar Apple tərəfindən ya həftənin yada ilin proqramı seçilib. Bu vasitə ilə şirkətlər Apple-ın köməyi ilə öz proqramlarını daha çox satmağı bacarırlar. Bir neçə həftə əvvəl aldığımız məlumatlara görə Apple artıq App Store-da proqramları pul ilə TOP-da yerləşdirməyi düşünür. Bəlkədə onların "Big idea"-sı məhz bundan ibarətdir 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər