X-Men film seriyası hansı istiqamətdə inkişaf edəcək?

X-Men film seriyası hansı istiqamətdə inkişaf edəcək?

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

20th Century Fox Studiyası X-Force komandasının superqəhrəmanları haqqında film çəkməyi planlaşdırır. Bundan əlavə olaraq studiya Wolverine personajını onun qadın klonu olan X-23-ə dəyişməyi düşünür. Bu barədə "X-Men: Apocalypse” filminin rejissoru Bryan Singer müsahibəsində bildirib. "Mən bu məsələni artıq studiya ilə müzakirə etmişəm. Onlara hətda X-Force komandasının və X-23 obrazının bir sıra konsept məlumatlarını da təqdim etmişəm. Simon Kinberg ssenarinin hazırlanmasının hələ ilkin mərhələsindədir. Layihə özü hələki istehsalın ilkin mərhələsindədir. Görək bundan nə alınacaq” – deyə Bryan Singer bildirib. Qeyd edək ki, Wolverine-nın qadın klonu olan X-23 personajı Weapon X proqramı çərçivəsində aparılmış təcrübələr sayəsində yaradılmışdır. X-23 də Wolverine kimi sürətli şəkildə regenerasiya qabiliyyətinə sahibdir. Lakin X-23 ölümsüz deyil. Çoxlu qan itirdikdə və ya daxili orqanlar ciddi zərər gördükdə X-23 rahatlıqla ölə bilər. Wolverine-dan fərqli olaraq X-23-ün hər bir əlində 2, hər bir ayağında isə 1 iti caynaq var. Bryan Singer yeni filmin çəkiliş qrafiki və mümkün olacaq premyera tarixi haqqında heç bir məlumat verməyib. Onu da qeyd edək ki, gələn il böyük ekranlara çıxacaq "Wolverine 3” filmində Hugh Jackman Wolverine obrazını sonuncu dəfə canlandıracaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×