Araşdırmalara görə xakerlər sadəcə 129 dollara elektron poçt və facebook kimi hesabları oğurlaya bilir.
Dell Securewoks, internetdən məlumat oğurlamanın çox ucuz olduğunu göstərən bir araşdırmanın nəticələrini paylaşıb. Bu il yayınlanan araşdırmanın nəticələrinə görə internet üzərindən mail və facebook hesablarının oğurlama dəyəri 129 dollardır. Oğurlanan hesab mənbələri arasında Facebook, Gmail, Twitter və digər şəbəkələr yer alır.
Araşdırmada qeyd olunan 129 dolların mənbəyi isə fərqlidir. Belə ki, burada nəzrədə tutulan 129 dollar xakerlərin hesabların sındırılması üçün tələb etdiyi ödəniş deyil. Bu rəqəm dünya üzrə hesab oğurlayan xakerlərə verilən pul cəzasının ortalama rəqəmidir. Yəni, Facebook və Twitter hesablarının oğurlanması nəticəsində xakerlərə verilən pul cəzasının miqdarı orta hesabla 129 dollardır. Yəni, siz xakerə ona veriləbiləcək cəza miqdarının dəyərini ödəməklə hər hansı hesab oğurlanmasını nəzəri olaraq sifariş edə bilərsiniz.
Əgər bir xakeri işə cəlb etmək istəməyib bu işi özünüz görmək istəsəz, bunun hesabı daha ucuzdur. Adi bir xakerə 20-40 dollar arası pul ödəməklə bu işi ondan öyrənib hətta sifariş də qəbul edə bilərsiniz. Öyrəndikdən sonra əgər yaxalanmasaz 110 dollar xeyir etmiş olursunuz. Yayınlanan məlumatlar arasında hesab oğurlamaq əvəzinə məlumat oğurlamaq üçün istifadə olunan "Doxing" sisteminin dəyəri də yer alır. Şəxsi məlumatları əldə etmək üçün hazırlanan bu sistem, ötən il 100 dollar olduğu halda bu il həmin sistemin dəyəri sadəcə 20 dollardır. Qiymtin bir il ərzində 80% aşağı düşməs, il ərzində təhlükəsizlik məsələlərinin inkişafını sual altında qoyur.
Şərh yoxdur