Xaker Vkontakte istifadəçilərinin məlumatlarını satışa qoyub

Xaker Vkontakte istifadəçilərinin məlumatlarını satışa qoyub

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Gizli məlumatların sızdırılması üzrə məlumatların yığılması ilə məşqul olan LeakedSource mənbəsinin məlumatlarına əsasən xakerlər 100 milyon Vkontakte sosial şəbəkəsi istifadəçilərinin adlarını, şifrələrini, email ünvanlarını və telefon nömrələrini oğurlayıblar. Vkontakte-nin rıəsmiləri isə qeyd ediblər ki, oğurlanmış istifadəçi bazası artıq aktual deyil. Peace ləqəbli xaker deep web-in qara bazarında sözügedən istifadəçi bazasını satışa qoyub. Onun satışa qoyduğu istifadəçi bazasının qiyməti isə 1 bitcoin təşkil edir. Bu isə indiki məzənnəyə əsasən $570 təşkil edir. Xakerin verdiyi mıəlumata əsasən onda olan 100 milyon yarım istifadəçi bazası 2011-2013-cü illərdə Rusiyanın böyük sosial şəbəkəsindən oğurlanmışdır. Xaker bildirib ki, hələ 71 milyon istifadəçinin də məlumatlarına sahibdir. Lakin onları satmağı xaker hələki planlaşdırmır. Motherboard saytının jurnalistləri xaker tərəfindən oğurlanmış istifadəçi arasından təsadüfi 100-nü yoxlayıb. Nəticədə onlardan 92-i aktiv Vkontakte istifadəçisi olub. Sosial şəbəkənin istifadəçilərindən biri isə sızdırılmada qeyd olunmuş şifrəsinin doğru olduğunu bildirib. Vkontakte rəsmiləri bu vəziyyətə aydınlıq gətiriblər. "Söhbət 2011-2012-ci illərdə xakerlər tərəfindən oğurlanmış köhnə login və şifrələrdən gedir. Siyahıda qeyd olunmuş bütün istifadəçilərin giriş məlumatları məcburi qaydada dəyişdirilmişdir. Bu məlumatlar artıq bir ilk deyil ki, şəbəkədə satışa çıxarılır. Lakin 2012-ci ildən bu yana həmin siyahıdakı login və şifrələr aktiv deyil. Hər ehtimala qarşı Vkontakte mütəxəssisləri həmin istifadəçi bazasını yenidən araşdırıblar. Nəticədə yenə də aktiv istifadəçi aşkar edilməyib” – deyə Vkontakte rəsmiləri bildiriblər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×