main-post-cover

    Xanım paylaşımları daim bəyənən və şərh yazan şəxsi məhkəməyə verdi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    İzmir’də yaşayan Məryəm K. adlı bir qadın Facebook paylaşımlarını davamlı olaraq və bu paylaşımlara şərh bildirən bir şəxsi məhkəməyə verdi.
     
    İzmir’də stilist olaraq işləyən 32 yaşlı Meryem Facebook profilindəki bütün paylaşımları bəyənən və paylaşımlara şərh yazan Ömər M.’i (köhnə sevgilisi) məhkəməyə verib. Əvvəllər əri ilə birlikdə (hal hazırda evlidir) bu vəziyyəti normal dostluq kimi dəyərləndirdiyini söyləyən Məryəm, artıq onun bu hərəkətlərinə görə narahat olmağa başlayıb və onu xəbərdar edib. Əvvəlcə Ömər üzr istəsə də, bu hərəkətinə davam etmiş və nəticədə Məryəm onu məhkəməyə verib.

    Onu dostluqdan çıxarmasına baxmayaraq, bu dəfə də öz fotosu olan saxta hesabla şərh yazmağa davam etdiyini deyən Məryəm, artıq ailəsinin də bu vəziyyətdən narahat olduğunu bildirib. Məhkəmədə Ömərdən 15000 TL mənəvi zərər təzminatı ödəməsini də tələb edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər