main-post-cover

    Xarici görünüşü gözəl olan birinin xarakterinin gözəl olduğuna inanma meyli: Halo Təsiri

    07.05.2017
    Farid Pardashunas
     
    Bir çoxları qarşısındakının xarici görünüşünün önəm daşımadığını desə də, həqiqətdə gözəl görüntü hər zaman daha diqqət çəkən, bəzi hallarda isə avantaj sayılır. Hətta bir çox hallarda xarici görünüşü gözəl olan birinin daxilinin də gözəl olduğu vurğulanır. Bu təsir növünün adı isə Hola effekti adlanır.
    Birinci dünya müharibəsi zamanı Amerikalı psixoloq Edvard Torndayk, komandirlər arasında ən yaxşı əsgərləri haqda müxtəlif suallardan ibarət test keçirdi. Komandirlərin "yüksək səviyyəli əsgər”deyə adlandırdığı şəxslər əsasən yaraşıqlı və sağlam quruluşlu şəxslər idi. Komandirlərə görə bu əsgərlər həm də çox yaxşı nişançı, disiplinli, qərarlı, fədakar, liderlik xüsusiyyətləri olan insanlardır. Əslində isə bu insanları birləşdirən əsas xüsusiyyət onların xarici görkəmi idi. Psixoloq buna Hola təsiri adını verdi. Əslində bir çox hallarda insanlar eyni təsirə məruz qalırlar. Onlar yaraşıqlı birinin daha üstün keyfiyyətlər daşıdığını bildirirlər. Bunun əsas səbəbi insan beyninin bir-birinə zidd əlamətləri inkar etməsi və ya daha çox oxşar xüsusiyyətləri birləşdirməsidir. Buna görə də bir çox hallarda insanlar şirkətlər, şəxslər haqda danışarkən onda olan mənfi tərəflərdən daha çox, müsbət xüsusiyyətlər üçün səbəb ortaya qoyurlar. Həmişə olmasa da doğru olduğu hallarda mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər