main-post-cover

    Xbox 360 konsolunun aqibəti

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft şirkətinin sayca ikinci konsolu olan Xbox 360 oyunçular arasında rəğbət qazanaraq konsol bazarında 10 il qala bildi. Lakin Xbox şöbəsinin direktoru Phil Spencer bildirib ki, şirkət artıq konsolun istehsalı haqqında düşünmür. Öz ismarıcında o bütün oyunçulara və Xbox 360 konsolunu yaratmış insanlarə öz təşəkkürünü bildirib. Reallıq isə ondan ibarətdir ki, şirkət artıq köhnə nəsil konsolu dəstəkləyə bilmir və satışa çıxacaq son Xbox 360 modelləri daha əvvəl zavodda yığılmışlar olacaq. Lakin bu o demək deyil ki, şirkət öz istifadəçilərini tamamilə unudacaq.
    Xbox 360 stifadəçiləri həmişə olduğu kimi Xbox Live servisinin təqdim etdiyi xidmətlərdən istifadə edə biləcəklər. Oyunçular hələ də online multiplayer, Games with Gold, Deals with Gold kimi xüsusiyyətlərdən istifadə edəcəklər
    Xbox Live servisinin serverləri Xbox 360 üçün aktiv şəkildə qalacaq. Beləliklə oyunçular öz online oyunlarını oynaya biləcəklər
    Servisdə 4000+ oyun və bir çox aksesuarlar aktiv şəkildə qalacaq. Oyunçular istənilən vaxt onları online şəkildə ala bilərlər
    Həmçinin konsolun texniki dəstəyi də əvvəlki kimi fəaliyyət göstərəcək
    Şirkətin hal-hazırki konsolu olan Xbox One və o cümlədən yeni sistemi Windows 10 –un inkişafı üzrə yeni məlumatlar bu ilin sonuna kimi təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər