Xbox One S araşdırması
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Microsoft"un yeni
konsolu Xbox One S, keçmiş model ilə müqayisədə yüzdə 40 daha incə və ağ bir gövdə ilə
gəlir. 4K video və HDR dəstəyi fərqini ortaya qoyan Xbox One S bu gün bütün
detallarıyla diqqət mərkəzində olacaqdır.
2013-ci ildə Xbox One-ı satışa təqdim edən "Microsoft", üç illik zamanın ardından yeni konsolu
Xbox One S-i bazara çıxardı. İyun ayında reallaşan E3 sərgisində tanıdılan
konsol tanıdıldıqdan qısa bir müddət sonra Azərbaycanda də satışa təqdim
edildi. Bir əvvəlki modeldən yüzdə 40 daha kiçik olan konsol portativ bir
dizayna sahib olsa da daxilində saxladığı güclü xüsusiyyətləriylə diqqətləri
üstünə çəkməyi bacarır. Konsolun təqdim etdiyi xüsusiyyətlərdən əvvəl
dizaynından qısaca bəhs edək.
Minimal DİZAYN
Xbox One-da qara rəngli bir gövdə seçimində olan "Microsoft", yeni konsolunda ağ rəng seçimini etmişdir. Ağ rəngli və barmaqlıq dizaynlı bir gövdəylə
qarşımıza çıxan konsol biz tərəfindən bu günə qədərki ən gözəl dizayna malik
Xbox-dur. İncə işçilik ilə dizayn baxımından bizdən tam qiymət alan konsol,
minimal dizaynıyla da göz oxşayır. Xbox One S, daha az yer tutması səbəbiylə
bir əvvəlki modeldən fərqlənir. Konsolun ön və arxa tərəfində ümumi 3 ədəd USB
3.0 yer alır. Ön tərəfdə USB'--yə əlavə olaraq idarəetmə (gamepad) cütləşmə düyməsi
və yeni infraqırmızı yayıcı, arxa tərəfdə isə iki ədəd HDMI, IR çıxışı, optik
çıxışı və Ethernet var. Arxa hissəsində yer aldığı gamepad WİNDOWS 10 PC planşet və telefonlarla uyğun şəkildə işləyir.
Yeni gamepad çox təəssüfki daha əvvəlki gamepadlarda olduğu
kimi yalnız Xbox One tərəfindən təsdiq edilmiş qulaqlıqlarla uyğun şəkildə işləyir.
İstədiyiniz qulaqlıqlığı gamepadda istifadə üçün Xbox One Stereo qulaqlıq adaptorunu
satın almaq lazımdır. Xbox One S-in diqqət çəkən xüsusiyyətlərindən biri də daxili
güc qaynağına sahib olmasıdır. Konsol daxili güc qaynağını daxilində saxlaması
sayəsində kobud görünüşlü adaptora ehtiyac duymur və güc kabeli vasitəsilə işləyə
bilir. Xbox One S bütün bunların yanında Xbox One-dan fərqli olaraq şaquli
olaraq da istifadə edilə bilir. "Microsoft"un 2 TB-lıq modelinin içərisindən stend
çıxsa da 500 GB-lıq və 1 TB-lıq modellərdə şaquli istifadə üçün əlavədən stend almaq
lazımdır.
4K VİDEO və HDR DƏSTƏYİ
Yazının başında
da ifadə etdiyimiz kimi Xbox One sahib olduğu 4K və HDR dəstəyi ilə fərqini
ortaya qoyur. Xbox One S, 4K oyunları işlətməsə də 4K video dəstəyi ilə diqqət
çəkir. 4K uyğun televizorlarla uyğun şəkildə işləyən konsol 4K Ultra HD
Blu-Ray-idə problemsiz bir şəkildə oynada bilir. Konsol bununla birlikdəcNetflix üzərindən 4K video izləmək imkanı da verir. Əgər ki, Netflix üzərindən
4K videolar izləməyi planlaşdırırsınızsa ayda təxminən 25 AZN-i gözdən çıxarmanız
lazımdır. Hal-hazırda
bazarda satılan 4K Blu-ray oynadıcılarının qiymətlərinin yüksək olması Xbox One
S-i satın almağı cazibədar edir. Konsol oyunları 4K dəqiqlikdə işlətməsə də, bu
oyunları 4K-ya yüksəldərək (upscale) oynada bilir. Bu arada bunu da qeyd edək
ki, 4K yüksəltməsi əsl bir 4K oyun təcrübəsini
vermir. Xbox One S-i Xbox One-dan ayıran bir digər fərq HDR xüsusiyyətidir. HDR xüsusiyyəti sayəsində konsol, geniş bir rəng sahəsi
və dolğunluğu təqdim edir. HDR bununla birlikdə gerçək qara və tünd rənglərin
ortaya çıxmasına köməkçi olur. Bu an üçün Gears of War 4 və Forza Horizon 3
kimi məhdud sayda oyuna dəstək verən HDR-ın, son model 4K televizorlarda yer aldığınıda ifadə
etməkdə fayda var. HDMI 2.0 dəstəkləyən konsol bu sayədə 4K dəqiqliyi 60 Hz-də göstərə bilir. Xbox One-da olduğu kimi
1,75 GHz-lik səkkiz nüvəli AMD Jaguar prosessorundan və 12 nüvə qrafik
modulundan güc alan konsolun qrafik prosessorunun saat sürəti 853 MHz-dən 914
MHz-ə çıxmış vəziyyətdədir. Xbox One S-i Xbox One-dan performans baxımından
ayrılmasını təmin edən bir digər fərq isə əməliyyat gücüdür. Xbox One S, 1,4
teraflops əməliyyat gücünə, Xbox One isə 1,31 teraflops əməliyyat gücünə sahibdir.
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Avqust ayının
başında təqdim olunan yay yenilənməsi ilə birlikdə Xbox One S, Cortana dəstəyi təqdim etməyə başladı. Hal-hazırda Amerika və
İngiltərədə istifadə edilə bilən bu xüsusiyyət sayəsində Xbox One-ı səsli əmrlərlə
idarə etmək mümkündür. "Hey Cortana" əmriylə aktiv halına gələn
Cortana, Kinect köməyiylə yığıncaqlar təşkil
edib və yoldaşlarınızın nələri oynadıqlarını da görə bilmək imkanı tanıyır. Xbox
və Windows mağazaları da bu yenilənmə ilə birlikdə birləşir. Hal hazırda Windows 10 tətbiqlərinə Xbox üzərindən çatmaq mümkün olsa da tətbiq sayı o qədər də çox
deyil. İrəliləyən aylarda bu ədədin artacağını ümid edirik. Xbox Play Anywhere adlı bir xüsusiyyət də yeni yenilənmə ilə gəlir. Bu xüsusiyyət sayəsində Xbox-də
alınan bəzi oyunları PC-də də əlavə bir ödəniş ödəmədən ala biləcəksiniz. Son
yeniləmədə bununla birlikdə arxa planda musiqi çalma və 60 FPS oyun videolarını
qeyd etmək xüsusiyyətləri də vardır. OneGuide xüsusiyyəti sayəsində hər hansı
bir peyk alıcısından gələn HDMI kabeli konsola bağlandığında televiziya
kanalları Xbox One üzərindən izlənilə bilir. Nəticəyə gələcək olsaq Xbox One S,
xüsusilə son model 4K televizor sahiblərini cəzbedəcək xüsusiyyətləri ilə
birlikdə gəlir. Əgər əsl 4K oyun təcrübəsi yaşamağı planlayırsınızsa önümüzdəki
il satışa təqdim ediləcək Project Scorpio-nu gözləməyinizi təklif edirik.
Xbox
One S XÜSUSİYYƏTLƏRİ :
Prosessor
1.75 GHz səkkiz
nüvə AMD Jaguar
Qrafik prosessor
12 nüvə qrafik
modulu
Qrafik prosessor saat sürəti
914 MHz
Əməliyyat gücü
1.4 teraflops
ESRAM məlumatgöndərmə tutumu
219 GB / s
Görüntü çıxışı dəqiqliyi
720p, 1080p, 4K
(HDR)
Daxili yaddaş
500 GB / 1 TB /
2 TB
Güc qaynağı
Daxili
Sürücü
4K Blu-ray, DVD
Əlaqələr
Wi-Fi 802.11 a /
b / g / n, Ethernet, HDMI 2.0a, S / PDIF, USB 3.0, IR infraqırmızı yayıcı
Polad Tağıoğlu
Redaktor
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək