main-post-cover

    Xəbər tətbiqi SmartNews 38 milyon dollar investisiya aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas
     

    Fərqli saytlarda mövcud olan xəbərləri bir platformaya daşıyan SmartNews növbəti investisiyasını alıb.

    Son investisiya mərhələsində növbəti 38 milyon dolllar yatırımı alan SmartNews tətbiqinin dəyəri 500-600 milyon dollara qalıb. Bugünə qədər isə 20 milyon dəfə yüklənən bu tətbiq toplamda 90 milyon dollar investisiya alıb. Yaponya mərkəzli bu startapın əsas investorları sırasında Development Bank of Japan, SMBC VC və Japan Co-Invest L.P yer alır. SmartNews gələn investisiya ilə Yaponiyadakı işləri davam etdirəcəyini və əsas hədəf olaraq AŞB bazarında genişlənəcəklərini açlqlayıb. ABŞ-da və beynəlxalq bazarda reklamsız yayım edən bu tətbqinin kontent meneceri Rich Jaroslavsky, artıq Yaponiya bazarında reklam yayımlaya biləcək bir səviyyəyə çatdıqlarını bildirib.
     

     
    Linki kopyala