main-post-cover

    Xəstələri həqiqətən öldüklərinə inandıran, Dünyanın ən qəribə xəstəliyi: Cotard Sindromu

    07.05.2017
    Farid Pardashunas

    Cotard Sindromu ən qəribə xəstəliklərdən biridir. Bu xəstəliyə tutulanlar özlərinin ölü olduqlarına inanır və müalicə almazlarsa bir "ruh” olduqlarını düşünərək yaşayırlar.

    Cotard Sindromu gəlmiş keçmiş ən qəribə xəstəliklərdən biridir. Bu sindroma tutulanlar özlərinin ölü olduqlarını sanır, bədənlərində qan olmadığını, bədənlərindən çürümüş ət qoxusu gəldiyini deyirlər. Adını 1880-ci ildə bu problemi kəşf edən Fransız Nevroloq Jules Cotard-dan alır.
    İngiltərədə bu sindroma tutulan Warren McKindlay adlı bir şəxs, ağlını keçirdiyi bir motosiklet qəzasından sonra öldüyü və o biri dünyaya gedə bilməyib yer üzündə yeriməyə məhkum olduğu düşüncəsiylə doldurub. "Qəzada öldüyümə həqiqətən inanırdım, sadəcə niyəsə ruhum digər dünyaya keçə bilmədi.Yemək yemək istəmədim, çünki ölü idim. Heç kəslə danışmadan saatlarla otaqda oturdum” ifadələrini işlədən Warren, qəzadan 18 ay sonra Cotard Sindromuna tutulduğunu anlaya bilib.

    Sindrom beynin iki sahəsindəki pozulmanın nəticəsi olaraq ortaya çıxır: hissləri tənzimləyən sahə olan amigdala (beynin medial temporal lobunun dərinlərində yerləşən neyronların yaratdığı badam formasındakı beyin hissəsi) və üzləri tanımaq qismi olan fusiform girus ( oksipitotemporal girus olaraq da bilinən 37-ci Broadmann bölgəsindəki temporal lob və oksipital lobun bir parçasıdır). Xəstəliyin bilinən bir müalicəsi yoxdur, həkimlər hələ də üzərində tədqiqatlar keçirirlər. Warren ən son Headley Court hərbi xəstəxanasında müalicə alırdı, 2007-ci ildə isə üzərində yoxlanılan bir müalicə metodu ilə xəstəliyi yüngülləşdirilmişdi. Tədqiqatlar isə hələ də davam edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər