Xəyal Gücünün Erotikləşdirdiyi Elanlar (18+)

Xəyal Gücünün Erotikləşdirdiyi Elanlar (18+)

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Humo jurnalının erotik kitab kampaniyasını tanıtmaq üçün hazırlanan reklam kampaniyası, kreativ düşüncələrin birləşməsi ilə tərkibində erotik məzmun olmadan erotik olmağı bacarır.

Belçikanın mizah jurnalı Humo, Charles Bukowskidən Sasha Greyə uzanan bir erotik şahəsərini 10 həftə davam edəcək olan hər həftə 1 kitab olaraq jurnal ilə birlikdə verməyə qərar verir. Reklam agentliyi Mortierbrigade isə bunu kreativ düşüncələrin istifadəsi ilə xəyal gücünə səslənərək təqdim edir.
Cüt səhifə jurnal və ya qəzetdə fərqli künclərin istifadələri ilə hazırlanan elanlar, hər hansı bir erotik məzmun olmadan erotik bir düşüncə yaratmağı bacarır. Cüt səhifə işlərdə bir səhifədə ya da küncdə düz bir formada kitab elanını görürük. Sonrakı səhifədə isə görünüşdə başqa bir brendin normal bir reklamı var. Qəzetin içindəki elanlarda isə bir künc kitab elanına ayrılarkən, ona yaxın küncdə həqiqi bir xəbərin şəkili, həmin kitab elanı ilə bir əlaqəyə girir. 
Elanın təsiri ancaq bu iki obyekti zehnimizdə birlikdə qəbul etdiyimiz zaman ortaya çıxır. O zaman xəyal gücü meydana girir və biz qarşımızda erotik bir səhnə görməyə başlayırıq. Bu mənada, elanlar erotikanın etdiyini etməyi də bacarır; burdakı açıq-açıq göstərilən bir erotiklik deyil, sadəcə kitabları oxuyanın ya da bu elanları görənlərin zehnində yaradılan bir təsirdir. Elanların şüarı da sanki bunu dəstəkləyir "Xəyal gücünüzü işlədin. Hər həftə bir erotik şahəsər, Humo ilə"
Reklam üçün yaradılan xəbərlər və "digər" brend elanları da saxta deyil, De Persgroep Advertisingin köməkliyi ilə kampaniyaya həqiqi reklam verənlər qoşulub. Bunlar arasında Belçika Beynəlxalq Lotoreyası, Lidl və Bicky Burger var.
Zənnimcə aşağıdakı şəkillərdən nə demək istədiyimi daha yaxşı başa düşəcəksiniz :









Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×