"Xezerxeber.com" domeni başqaları tərəfindən satın alındı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Xəzər
Xəbərin rəsmi saytı olan Xezerxeber.com başqaları tərəfindən satın alındı.
Türkiyədən olduğu güman edilən şəxs Xezerxeber.com domenini satın alaraq yenidən
satışa çıxarıb. Qiymətinin kifayət qədər yüksək olduğunu düşündüyümüz bu
satışdan Xəzər Telekanalının istifadə edib-etməyəcəyini bilmirik. Xəzər Xəbər
isə artıq saytını Xezerxeber.az olaraq dəyişdirib.
Hər
gün yeni verilişlərində Xezerxeber.com saytından uyğun xəbər haqqında ətraflı məlumatı
ala biləcəyinizi deyən kanal, son bir neçə gündür izləyiciləri Xezerxeber.az
saytına dəvət edir.
Bəs bu necə mümkündür? Domen necə başqalarının əlinə keçib?
Adətən domen adları 1 illik qeydiyyata alınır. 2008-ci ildən qeydiyyata alınmış Xezerxeber.com domeni də uzun vaxtdır fəaliyyət göstərir. Lakin hər domen ödəniş vaxtı bitdikdən sonra yenilənmə tələb edir və yenilənmə olmadığı təqdirdə domen adı başqaları tərəfindən alınmaq üçün satışa çıxarılır. Güman edirik ki, Xezerxeber.com saytının da aqibəti belə olub. Domen adını 2020-ci ilə qədər qeydiyyata alan fürsət ovçusu, görəsən domeni Xəzər Xəbərə sata biləcəkmi? Gözləyək və görək.
Linki kopyala
Həftənin xəbərləri
Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub