"Xezerxeber.com" domeni başqaları tərəfindən satın alındı

"Xezerxeber.com" domeni başqaları tərəfindən satın alındı

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Xəzər Xəbərin rəsmi saytı olan Xezerxeber.com başqaları tərəfindən satın alındı. Türkiyədən olduğu güman edilən şəxs Xezerxeber.com domenini satın alaraq yenidən satışa çıxarıb. Qiymətinin kifayət qədər yüksək olduğunu düşündüyümüz bu satışdan Xəzər Telekanalının istifadə edib-etməyəcəyini bilmirik. Xəzər Xəbər isə artıq saytını Xezerxeber.az olaraq dəyişdirib.

Hər gün yeni verilişlərində Xezerxeber.com saytından uyğun xəbər haqqında ətraflı məlumatı ala biləcəyinizi deyən kanal, son bir neçə gündür izləyiciləri Xezerxeber.az saytına dəvət edir.


 

Bəs bu necə mümkündür? Domen necə başqalarının əlinə keçib?

Adətən domen adları 1 illik qeydiyyata alınır. 2008-ci ildən qeydiyyata alınmış Xezerxeber.com domeni də uzun vaxtdır fəaliyyət göstərir. Lakin hər domen ödəniş vaxtı bitdikdən sonra yenilənmə tələb edir və yenilənmə olmadığı təqdirdə domen adı başqaları tərəfindən alınmaq üçün satışa çıxarılır. Güman edirik ki, Xezerxeber.com saytının da aqibəti belə olub. Domen adını 2020-ci ilə qədər qeydiyyata alan fürsət ovçusu, görəsən domeni Xəzər Xəbərə sata biləcəkmi? Gözləyək və görək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×