main-post-cover

    Xiaomi Mi 5c-in ilk foto və texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Xiaomi”nin Mi 5c modeli ortaya çıxdı!

    Xiaomi Mi 5c modelinə aid texniki xüsusiyyətlər və cihazın dizaynı ortaya çıxdı. "Xiaomi”nin yeni orta səviyyə ağıllı telefonu Mi 5c haqqında bütün detallar belədir. Ağıllı telefon sektorunda yüksələn brendlərdən biri olan "Xiaomi”, son dövrdə admiral gəmi modellərinin yüksek təchizata sahib olan S seriyasından əlavə, orta səviyyə təchizata sahib olan C seriyasını təqdim etməyə başladı. Mi 5 modeli ilə yüksək satış rəqəmlərinə çatan "Xiaomi”, ötən ilin sonuna doğru Mi 5s modelini təqdim etdi və bundan sonra diqqətlər orta səviyyə təchizata sahib olan Xiaomi Mi 5c modelinə çevrildi. Uzun bir müddət davam edən səssizlik, ortaya çıxan Xiaomi Mi 5c şəkilləri və texniki xüsusiyyətləri ilə pozuldu. Xiaomi Mi 5c istifadəçilərə nələr təqdim edəcək?
    Xiaomi Mi 5c dizaynı, əsasəndə ön tərəfi ələ alındığında Mİ 5 və Mi 5s ilə olduqca oxşarlıqlar nəzərə çarpır. Cihazın arxa tərəfi isə, Mi 5s modelini daha çox əks etdirir. "Qualcomm”un, orta səviyyə ağıllı telefonlarda hər zaman görməyə alışdığımız, 8 nüvəli Sanpdragon 625 prosessorundan və Andreno 506 qrafik çipindən güc alan Mi 5c, 3 GB RAM ilə birlikdə satışa çıxacaq. 12 MP keyfiyətində arxa və 8 MP keyfiyyətində ön kameraya sahib olan Xiaomi Mi 5c, istifadəçilərə 64 GB daxili yaddaş təmin etməklə yanaşı 3200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi Mi 5c modelinin təqdim olunma tarixi və qiyməti haqqında təəssüf ki, hələ heç bir məlumat yoxdur. Ancaq, "Xiaomi”nin yeni admiral gəmisi Mi 6 modelindən əvvəl təqdim olunacağı təxmin edilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər