main-post-cover

    Xiaomi Mi 6-nın təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Xiaomi” şirkətinin Mİ 6 smartfonunu təqdim edəcəyi güman olunan tədbirin dəvət fotosu paylaşılıb.

    Təqdim olunmuş foto lakonikdir. Yəni fotoda smartfonun texniki göstəriciləri və dizaynı əks olunmayıb. Lakin təqdimat tarixi bildirilib. Əgər fotoya inansaq deməli Xiaomi Mi 6, 14 Fevral 2017-ci il tarixində təqdim olunacaq. Həmçinin fotodakı 6 rəqəmi, tədbirdə məhz Xiaomi Mi 6-nın təqdim olunacağına işarə verir. Daha əvvəlki məlumatlara əsasən Xiaomi Mi 6, yeni Snapdragon 835 çipi ilə təchiz olunmuş ilk smartfon olacaq. Ehtimal ki, smartfonun bir neçə versiyası satışa çıxacaq. Misal olaraq Mi 6S, Mi 6EMi 6P-ni gətirmək olar. Sözügedən modellər çiplərinin növlərinə görə bir-birilərindən fərqlənəcəklər. Smartfonun güman olunan texniki göstəriciləri ilə aşağıdan tanış ola bilərsiniz.
    5.2 inç ekran
    Snapdragon 835/Pinecone/Helio X30
    6 GB RAM və 64 GB daxili yaddaş
    20 MP-lik atrxa və 12 MP-lik ön kamera
    4000 mAh enerji tutumlu batareya (Quick Charge 4.0 funksiyalı)
    Smartfonun 500$ qiymətinə satılacağı təxmin edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər