Xiaomi Mi 6, Sony-yə aid Sensor istifadə edəcək.

Xiaomi Mi 6, Sony-yə aid Sensor istifadə edəcək.

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Sony-nin ən son çıxardığı üç laylı IMX400 sensorunu Mi 6-da görmə ehtimalımız var.

Ağıllı telefon bazarında uğurlu olan Xiaomi, ötən il Mobil Dünya Konqresində Mi 5-i təqdim etməsinə baxmayaraq Mi 6 üçün bu ilki MWC-də hər hansı bir detal və ya məhsul görə bilmədik. Bunun yerinə cihaz haqqında yavaş-yavaş sızıntılar çıxmağa başladı. Bu gün isə bu sızıntı məlumatlara bir yenisi daha əlavə olundu.


Çin qaynaqlı gələn xəbərlərə görə Mi 6-nın iki fərqli versiyası olacaq. Biri Mi 5 kimi 5.15 inç olacaq, digəri isə phablet sevənlər üçün 5.7 inç böyüklüyündə olacaq. İkisi də Snapdragon 835 prosessoru ilə işləyəcək. Xüsusilə prosessor seçimində çox doğru bir qərar verildiyi deyilə bilər.

Cihazın kamerasında isə Sony IMX400 sensorunu istifadə edəcəyi deyilənlər arasındadır. Sony, bu sensorunu bir ay əvvəl təqdim etmişdi və sözü gedən sensor, üç laylı CMOS olmasıyla diqqət çəkmişdi. Oxşar sensor, Xperia XZ Premium və XZs-də də istifadə edilir. Ötən həftələrdə reallaşan Mobil Dünya Konqresində bu sensorun 960 FPS olaraq çəkiliş etdiyi videoları görmüşdük.

Daha əvvəl Mi 6-nın IMX386 sensoru istifadə edəcəyi deyilirdi və əslinə baxsanız bu hələ də məntiqlidir. Çünki Sony, ən son texnologiya sensorunu daha ilk gündən təqdim etmək istəməyə bilər. Əlavə olaraq daha böyük olan Mi 6-nın da Mi 6 Plus adıyla çıxacağı və bu telefonda iki kamera olacağı da deyilənlər arasındadır.

Xiaomi Mi 6-nın 16 Apreldə bazara satışa çıxacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×