

Çin şirkəti Xiaomi ağıllı qolbaqların ikinci nəsli Mi Band 2-ni anons edib. Yeni nəsil qolbaq $23 qiymətinə satılacaq. Mi Band 2 addımları saya, ürək döyüntülərini ölçə bilir. Əvvəlki modellərdən fərqli olaraq yeni qolbaq kiçik ekran ilə təchiz olunub. Mi Band 2 Xiaomi-nin sayca 3-cü (Mi Band, Mi Band Pulse) ağıllı qolbağıdır. Onun kiçik ağ-qara ekranında vaxt, ürək döyüntüsünün nəticələri, qətt edilmiş yol və yandırılmış kalori miqdarı əks olunur. Bundan əlavə olaraq Mi Band 2 Apple Watch-dan maraqlı bir funksiyanı da özünə əlavə edib. Belə ki, siz çox oturduğunuz zaman ağllı qolbaq sizə gəzməyi məsləhət görəcək. Smartfonla əlaqələndirmək üçün Mi Band 2 Bluetooth 4.0 funksiyasından istifadə edir. Onun enerji tutumu isə 20 günə kimi işlək vəziyyətdə qalmasına zəmanət yaradır. Qolbaq həmçinin yuxu keyfiyyıətinin nəzarət olunması üçün də istifadə oluna bilər. Bütün bunlardan əlavə olaraq o rütubətdən qoruyan korpus və dəyişkənli kəmərlərə sahibdir. Mi Band 2-nin Çində satışları 7 iyun tarixində start götürəcək.
Şərh yoxdur