main-post-cover

    "Xiaomi", Mi Mix II modelinin hazırlandığını təsdiqlədi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Xiaomi Mi Mix II-nin hazırlanması rəsmi şəkildə təsdiq olunub.

    "Xiaomi” şirkətinin icraçı direktoru Lei Jun, öz Weibo səhifəsində Mi Mix smartfonun ikinci nəslinin hazırlanmasını təsdiqləyib. Kod adı Mi Mix II olan yeni smartfon, fransız dizayner Philippe Starck ilə birlikdə hazırlanır. Qeyd etmək lazımdır ki, sözügedən dizayner birinci Mi Mix üzərində də çalışmışdı. İkinci nəsil modeldə ön paneldə yerləşəcək ekranın daha böyük hissəni tutacağı planlaşdırılır. Əgər birinci modeldə ekran ön panelin 91.3%-ni tuturdusa, ikinci modeldə bu göstərici 93% olacaq. Qeyd edək ki, Xiaomi Mi Mix modeli keçən ilin Noyabr ayında anons olunmuşdu. Onun əsas özəlliyi isə hər tərəfdən çərçivəsiz olan 6.4 inç-lik ekranı idi.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər