main-post-cover

    Xiaomi Mi Pad 3 planşetinin ilk fotoları, anonsundan öncə sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çox güman ki, "Xiaomi” şirkəti bu ayın sonunda öz yeni planşet modeli Mi Pad 3-ü təqdim edəcək.

    Yeni model, Mi Pad 2-nin davamçısı olacaq. Təqdimatın ayın sonunda olacağına baxmayaraq planşetin qapalı qapılar arxasında olmuş prezentasiyasından planşetin fotoları sızdırılıb. Texniki göstəricilərinə nəzər yetirdikdə görmək olar ki, planşet diqqətəlayiq performansa sahib olacaq. Deməli Xiaomi Mi Pad 3, 9.7 inç ekran, Intel HD Graphics 615 videokart inteqrasiyalı Intel Core m3-7Y30 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş və 8290 mAh (Quick Charge 3.0) enerji tutumlu batareya ilə təchiz olunacaq. Kameralara gəldikdə isə planşet, 16 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Planşet, Windows 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Daxili yaddaş seçimindən asılı olaraq Mi Pad 3, 290$ və 330$ dollar qiymətində təqdim olunacaq. 14$-a isə ayrıca olaraq planşet üçün nəzərdə tutulmuş klaviaturanı almaq olacaq.

    Linki kopyala