

27 iyul tarixində Xiaomi şirkəti çox güman ki, Redmi Pro smartfonunu təqdim edəcək. Bir çox məlumatlara əsasən həmin gündə həmçinin şirkət öz ilk noutbooklarını da göstərəcək. Lakin onların texniki göstəriciləri artıq internetə sızdırılıb. Bir neçə müddət bundan öncə şirkət bildirmişdi ki, onun istehsal edəcəyi noutbooklar heçdə baha olmayacaq. Belə ki, noutbooklar aktiv sosial şəbəkə istifadəçiləri, məktəblilər və tələbələr üçün nəzərdə tutulacaq. Görünür bunun tam əksi olacaq. Çünki təqdim olunmuş texniki göstəricilər əslində büdcəli alıcı üçün nəzərdə tutulmayıb. Deməli birinci versiya olan MiBook Pro Intel Core i7 prosessoru əsasında qurulacaq. O 16 GB-lıq DDR4 RAM, 512 GB HDD, GeForce GTX970M videokartı və 15.6 inç ekranla təchiz olunacaq. Birinci versiya 1049 dollar qiymətinə satılacaq. İkinci versiya isə Intel Core i5 prosessoru əsasında yığılacaq. O 8 GB-lıq DDR 4 RAM və 256 GB HDD ilə təchiz olunacaq. Birinci versiyadan fərqli olaraq ikinci versiyanın qiymət strategiyası bir qədər sevindirir. Belə ki, ikinci versiya 599 dollar qiymətinə satılacaq. Bundan əlavə olaraq güman olunur ki, ya birinci versiya yadaki hər iki versiya 4K keyfiyyətli ekranlara sahib olacaqlar.
Şərh yoxdur