main-post-cover

    "Xiaomi" orta büdcəli və 10 nüvəli smartfonu Redmi Note 4-ü təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çində keçirilmiş xüsusi tədbir çərçivəsində "Xiaomi” şirkəti yeni smartfonu Redmi Note 4-ü təqdim edib.

    Yeni smartfon metal korpusa sahibdir. Redmi Note 4 daxili yaddaş fərqinə görə iki versiyada satılacaq. "Technote.az”ın "Gagadget.ru” saytına istinadən verdiyi xəbərə əsasən sizlərə Redmi Note 4-ün texniki göstəricilərini təqdim edirik.
    - 5.5 inç Full HD ekran (2.5D ekran qoruyucu şüşə)
    10 nüvəli MediaTek Helio X20 prosessoru
    2GB RAM (16GB daxili yaddaş), 3GB RAM (64GB daxili yaddaş). MicroSD dəstəklənir
    13MP arxa və 5MP ön kamera
    4100 mAh enerji tutumlu batareya. Sürətli enerji yığma xüsusiyyəti mövcuddur
    Android 6.0 Marshmallow, barmaq izi skanı.
    2GB RAM (16GB daxili yaddaş) versiyalı smartfon 135$, ), 3GB RAM (64GB daxili yaddaş) versiyalı smatfon isə 180$ qiymətinə satılacaq.

    Linki kopyala