main-post-cover

    Xiaomi Redmi 4X haqqında məlumatlar təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Xiaomi”nin yeni qiymət və performans telefonu ilə tanış olun: Redmi 4X

    Qiymət və performans deyildikdə ağla ilk gələn şirkətlərdən olan "Xiaomi”, yenə gözləntiləri qarşılayacaq bir cihazın elanını reallaşdırdı. "Xiaomi”, yeni bir ağıllı telefonun daha elanını reallaşdırdı. Redmi 4X adındakı cihaz, qiymətinə nisbətən çox yaxşı deyə biləcəyimiz xüsusiyyətlərlə təchiz edilib . Yeni nəsil telefonlara uyğun bir dizaynla gələn Redmi 4X, monolit metal gövdəyə sahib olacaq. Cihaz, xüsusilə də batareyasıyla diqqət çəkir. 4100 mAh gücündə batareya ilə cihaz, 15 saat ərzində video izləməyi təmin edir. Standart istifadə ilə 2 gün, gözləmə rejimində isə 18 gün ərzində istifadə edilə bilən Redmi 4X vişnə çəhrayısı, şampan qızıl və mat qara rəng alternativlərinə sahib olacaq. 2 GB RAM versiyası 101$, 3 GB RAM versiyası isə 130$ qiyməti ilə satışa təqdim ediləcək olan cihazda bütün xüsusiyyətləri isə sırasıyla bu şəkildədir.
    - 5 inç böyüklüyündə, 2.5D qoruyucu şüşəli, qıvrımlı HD keyfiyyətində ekran
    - 1.4GHz sürətində çalışan 8 nüvəli Snapdragon 435 prosessor və Adreno 505 qrafik prosessoru
    - 2 GB RAM/16 GB daxili yaddaş və 3 GB RAM/32 GB yaddaş alternativləri (+ 128 GB-a qədər artırıla bilən microSD kart dəstəyi)
    - MIUI 8 dəstəkli Android 6.0 Marshmallow əməliyyat sistemi
    - 13/5 MP keyfiyyətində arxa və ön kamera
    - 4100mAh gücündə batareya və 4G VoLTE dəstəyi
    - Barmaq izi skanı.
    Linki kopyala