Xiaomi Redmi Note 4X-in ilk real fotoları sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5161 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Keçən ilin sonunda Çinin TENAA adlı təşkilatında çoxlarının gözlədiyi Xiaomi Redmi Note 4X modeli sertifikatlaşdırmadan keçmişdi.

Yeni model, Redmi Note 4-ün təkmilləşdirilmiş versiyasıdır. CES 2017 sərgisində sözügedən smartfon təqdim olunmadı. Buna görədə bu brendin pərəstişkarları gözləmək də davam edirlər. Bununla yanaşı internetə smartfonun ilk real fotoları sızdırılıb. Lakin sızdırılmış fotolar, TENAA-da sertifikatlaşdırmadan keçən versiyadan fərqlənir. Tək fərq isə ondan ibarətdir ki, smartfonun barmaq izi skanı xüsusiyyəti onun arxa panelində deyil, qabaq paneldəki "Home” düyməsində yerləşir. Başqa heç bir xüsusiyyətinə görə Redmi Note 4X, orijinal modeldən heçdə fərqlənmir. Məlumata əsasən təkmilləşdirilmiş versiya, 5.5 inç Full HD ekran, Snapdragon 653 prosessoru, 3/4 GB RAM, 4100 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunacaq.