Xiaomi Redmi Note 4X-in texniki göstəriciləri sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5173 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Weibo sosial şəbəkəsində hələ anonsu olmayan Xiaomi Redmi Note 4X smartfonunun texniki göstəriciləri sızıdırılıb.

Məlumata əsasən Redmi Note 4X, bu ilin Avqust ayında satışa çıxmış Redmi Note 4-ün yenilənmiş versiyası olacaq. Yeni model, Qualcomm Snapdragon 653 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Redmi Note 4, MediaTek Helio X20 prosessoru, 2/3 GB RAM, 16/64 GB daxili yaddaş, 5.5 inç Full HD ekran, 4100 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunur. Xiaomi Redmi Note 4X-in nə zaman təqdim olunacağı isə hələki bilinmir.