Xiaomi Redmi Pro 2-nin texniki göstəriciləri sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5610 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Weibo sosial şəbəkəsində satışa çıxmağa hazırlaşan Xiaomi Redmi Pro 2-nin texniki göstəriciləri sızdırılıb.

Qeyd etmək lazımdır ki, smartfon hələ rəsmi olaraq anons olunmayıb. Redmi pro 2, keçən ilin yay fəslində satışa çıxmış Redmi Promodelinin davamçısı olacaq. Yeni model, 5.5 inç OLED ekran və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Cihazın iki versiyada satışa çıxması gözlənilir. Onlardan biri 4 GB RAM və 64 GB daxili yaddaşa, digəri isə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olacaq. Maraqlısı ondadır ki, çox güman Redmi Pro 2 modeli, ikili arxa kameradan məhrum olacaq. Bunun yerinə smartfon daha keyfiyyətli 12 MP-lik Dual Pixel avtofokus sistemli Sony IMX362 kamerasına sahib olacaq. Redmi Pro 2-nin qiyməti 230-260$ civarında olacaq.