

Twitter-in Çin analoqu olan Weibo saytında hələki anonsu olmamış Xiaomi Redmi Pro Mini smartfonunun texniki göstəriciləri aşkar olunub.
Technote.az-ın "Weibo”a istinadən verdiyi xəbərə əsasən Xiaomi Redmi Pro Mini 1920x1080 piksel keyfiyyətli 5.2 inç Full HD OLED ekran, Qualcomm Snapdragon 652 prosessoru və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi Redmi Pro-dan fərqli olaraq Mini versiya ikili yox standart kameralara sahib olacaq. Məlumata əsasən 3 GB RAM-lı (32 GB daxili yaddaş) versiya $225, 4 GB RAM-lı (32 GB daxili yaddaş) versiya $255, 4 GB RAM-lı (128 GB daxili yaddaş) versiya isə $285 qiymətinə satılacaq.
iPhone 7 hansı ölkələrdə, hansı qiymətə satılır?
Şərh yoxdur