Xiaomi şirkəti yeni smartfonu və ilk noutbookunu təqdim edib

Xiaomi şirkəti yeni smartfonu və ilk noutbookunu təqdim edib

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Nəhayət ki, Xiaomi şirkəti öz ilk ikili kameralı smartfonu Redmi Pro və ilk noutbooku Mi Noutbook Air-i təqdim edib. Smartfon digər ikili kameralı cihazlar ilə rəqabət apara biləcək. Belə ki, onun texniki göstəriciləri diqqəti cəlb edir. Yeni smartfon Xiaomi Redmi Pro dünyada ilk üçklaster arxitekturalı 10 nüvəli mobil prosessor ilə təchiz olunub. Bundan əlavə olaraq o 3 və 4 GB-lıq RAM versiyalarla satılacaq. Beləliklə RAM-ın göstəricisindən asılı olaraq smartfon 32, 64 və 128 GB-lıq daxili yaddaşlarla (microSD dəstəklənir) təqdim olunacaq. Cihaz 2.5D şüşə örtüklə qorunan 5.5 inç OLED ekran, 4050 mAh enerji tutumlu batareya, USB Type-C girişi və barmaq izi skanı (barmaq izi skanı Home düyməsində yerləşir) ilə təchiz olunmuşdur. Redmi Pro-nun əsas özəlliyi onun iki kameralı olmasıdır. Arxa paneldə yerləşdirilmiş kameralardan biri 13 MP, digəri isə 5 MP-dir. Hər iki kamera sayəsində professional fotoaparatlarda alınan fotoları çəkmək mümkündür. Ön kameraya gəldikdə isə o 5 MP-dir. Gözlənildiyi kimi smartfonun qiyməti baha deyil. 3 GB RAM (32 GB daxili yaddaş) versiyalı smartfon $225, 3 GB RAM (64 GB daxili yaddaş) versiyalı smartfon $255, 4 GB RAM (128 GB daxili yaddaş) versiyalı smartfon isə $300 qiymətinə satılacaq.


Yeni smartfondan əlavə olaraq şirkət öz ilk noutbooku olan Xiaomi Noutbook Air-i təqdim edib. Əslində Xiaomi MacBook Air-in oxşarını yaratdığını heç vaxt gizlətmirdi. Beləliklə noutbook iki versiyada satılacaq. Onlardan biri 12.5 inç, digəri isə 13.3 inç ekrana sahib olacaq. Noutbookun bütün təqdimat müddəti ərzində cihaz Apple məhsulu ilə müqayisə edilirdi. Apple-ın 13.3 inç ekranlı noutbookunun qalınlığı 17 mm olduğu halda Xiaomi-də bu göstərici 14.8 mm-dir. Vizual cəhətdən Xiaomi-nin məhsulu MacBook-dan çox da fərqlənmir. Hər iki noutbookun ekranı 5.59 mm-lik çərçivəyə sahibdir. Ekranlar yüksək dözümlü şüşə örtüklə örtülmüşdür. Texniki göstəricilərə gəldikdə isə Xiaomi Mi Notebook Air 13.3 modeli 6-cı nəsil Intel Core i5 prosessoru, 8 GB-lıq RAM, 256 GB (SSD PCLe NVMe) daxili yaddaş, Nvidia GeForce 940MX videokartı, iki USB 3.0, HDMI, USB Type-C, 3.5 mm girişlər ilə təchiz olunmuşdur. Noutbook 9.5 saat işləmə müddətinə sahibdir. 50% enerjini isə 30 dəqiqə ərzində yığır. Sistem təminatıWindows 10-dur. Xiaomi Mi Noutbook Air 13.3 $749qiymətinə satılacaq.

Xiaomi Mi Notebook Air 12.5 modeli isə Intel Core M3 prosessoru, 4 GB-lıq RAM, 128 GB daxili yaddaş (SSD PCLe NVMe), Intel HD Graphics 515 videokartı və Windows 10 əməliyyat sistemi ilə təchiz olunub. Bu model 11.5 saat işləmə performansına sahibdir. Xiaomi Mi Notebook Air 12.5 $524 qiymətinə satılacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×