main-post-cover

    "Xiaomi" şirkəti yeni Xiaomi Mi 5s modelini tanıtmağa hazırlaşır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünyanın ən böyük ağıllı telefon istehsalçılarından olan Xiaomi yeni Xiaomi Mi 5s telefonunu ortaya çıxarmaya hazırlaşır. Sızdırılan məlumatlara görə telefonun çox iddialı olması gözlənilir.

    İstehsal etdiyi cihazların həm qiyməti, həm də performansı ilə tez bir zamanda tanınan Xiaomi şirkəti yeni modelini tanıtmağa hazırlaşır. Yeni model Xiaomi Mi 5s adlanır.

    Xiaomi Mi 5s xüsusiyyətləri

    Sızdırılan məlumatlarda bu modelin çox iddialı texniki xüsusiyyətləri olacağı bildirilir. Force Touch texnologiyasına sahib 5.15 inç ekranlı telefonun Snapdragon 821 prosessora sahib olacağı bildirilir. Bundan əlavə cihazın Adreno 530 GPU, 6 GB LPDDR4 RAM-ı olacağı bildirilir. Telefonda 3490 mAh batareya həcmi və Qualcomm Quick Charge 3.0 texnologiyası yer alacaq. Telefonun nə zaman satışa çıxacağı və qiyməti haqda məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər