main-post-cover

    Xiaomi yeni modellərini sabah açıqlaya bilər!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çinin nəhəng şirkəti Xiaomi’nin sabah bir tədbir keçirməsi və 4 ədəd cihazını təqdim etməsi gözlənilir. Bu cihazlardan biri də metal çərçivəli, barmaq izi sensorlu Xiaomi Redmi Note 2 Pro olacağı gözlənilir. Həftələrdir telefonun adı Redmi Note 2 Pro kimi anılsa da, şirkət bu adın çox uzun olduğuna görə fərqli addan istifadə etməyə qərar verib. Xiaomi’nin rəsmi Weibo səhifəsində yayımlanan teaser görüntü, Redmi Note 2 Pro’nun əslində Redmi Note 3 olaraq gələcəyini göstərir.
    1448261447_n3.png

    Daha öncə də Xiaomi CEO’su Lin Bin, Çinli blog Weibo üzərindən Xiaomi Redmi Note 3’ün fotosunu paylaşmışdı. Foto telefonun bir cüt LED flaş ilə dairəvi arxa kamerasını göstərirdi.
    1447908963_bin.png

     
    Xiaomi Redmi Note 3 texniki göstəriciləri:
    Texniki göstəricilərinə nəzər saldıqda görərik ki, telefon 1080 x 1920 ölçülü 5.5-inç ekrana sahibdir və səkkiz nüvəli 2GHz prosessoru olan MediaTek MT6795 çipseti ilə təmin olunub. Bu prosessor sadə big.LITTLE çipset deyil və səkkiz Cortex-A53 nüvələrini eyni anda işlədə bilərsiniz. 2GB / 3GB RAM, 16GB daxili yaddaş, 13MP arxa kamera, 5MP ön kamera3060mAh batereyaAndroid 5.0.2 əməliyyat sistemi Xiaomi Redmi Note 2 Pro’nun digər göstəriciləridir.
    3GB RAM versiyalı telefon daha baha olsa da, 2GB RAM ilə gələn modelinin 172 $ qiymətə sahib olacağı gözlənilir.
    Xiaomi’nin sabah Redmi Note 3’lə bərabər Xiaomi Mi Pad 2 və ağıllı saatını da rəsmən tanıtması gözlənilir. Son iddialara görə Snapdragon 820 prosessoru ilə gücləndirilən Xiaomi Mi 5 də bu tədbirdə elan oluna bilər.
    Linki kopyala