main-post-cover

    Xiaomi\'dən "əjdaha" telefon - Mi 5

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Xiaomi’nin flaqman telefonu olan son ağıllı telefon modeli Mi 5’in bütün xüsusiyyətləri məlum oldu.

     
    MWC 2016’da təqdim olunan "əjdaha" telefonlardan biri də Xiaomi Mi 5 idi. Artıq bütün detalları məlum olan telefon, görünür, bu il rəqiblərini xeyli geridə qoyacaq.

    Xiaomi Mi 5, sələfi olan Mi 4’ə nəzərən önəmli dizayn dəyişikliklərinə sahibdir. Cihazın gövdəsi indiyə qədər heç bir telefonda olmayan sirkonium 3D keramika ilə örtülüb. Ənənəvi şüşə materialdan imtina edən Xiaomi, bu dizaynla istifadəçilərə daha zərif və xoşgörünümlü telefon təqdim etməyə çalışıb. Cihazın ağırlığı isə sadəcə 129 gram və ölçüləri isə 144.55 x 69.20 x 7.25 mm'dir.

    Prosessoruna baxdıqda isə 14 nm 4 nüvəli Snapdragon 820 prosessorundan istifadə olunub. Qrafika prosessoru olaraq isə Adreno 530 quraşdırılıb və Quick Charge 3.0 texnologiyasında da istifadə olunub.
     
    Cihazın 3 GB RAM / 32 GB yaddaş, 3 GB RAM/ 64 GB yaddaş4 GB RAM / 128 GB yaddaş versiyaları mövcuddurş. Şirkət yeni telefonuna sürətli enerji yığması üçün UFS 2.0 əlavə edib. Bu da digər cihazlarla müqayisədə 87% daha sürətli enerji yığmaq deməkdir.
     
     
    Xiaomi Mi 5’in ekranı 5.15 düymFull HD (1920 x 1080) olacaq. Super incə çərçivə və daha da inkişaf etdirilmiş ekran texnologiyasına sahib olan Mi 5, digər telefonlarla müqayisədə daha yaxşı ekran performansı təqdim edir.

    Cihazın arxa hissəsində 6P lens və 4-ox OIS texnologiyalarına sahib 16 MP kamera yer alıb. Şirkətin CEO’su Lei Jun bu ay Mi 5’lə çəkdiyi fotonu paylaşmış və cihazın kamerasının iPhone 6s Plus’dan daha yaxşı görüntülər yaxaladığını söyləmişdi. Ön hissədəki kamera isə 2 mikron piksellə birlikdə 4 MP'dir.

     
     
    Batareyaya gəldikdə isə Xiaomi Mi 5, 3000 mAh gücündə QC 3.0 sürətli şarj texnologiyasına sahib batareyadan istifadə edib. Sadəcə 5 dəqiqlik şarjla təxmini 2.5 saat danışıq vaxtı təqdim edə bilir. Bundan başqa cihaz cüt SİM kart, VoLTE və NFC dəstəyinə də sahibdir. Əməliyyat sistemi olaraq isə Android 6.0 Marshmallow olacaq.

     
    Telefon yuxarıda qeyd etdiyimiz kimi 3 fərqli variantda təqdim olunacaq. 3 GB RAM / 32 GB yaddaş versiyası (Snapdragon 820 = 1.8GHz) 306 dollar, 3 GB RAM / 64 GB yaddaş versiyası (Snapdragon 820 = 2.15GHz) 352 dollar və 4 GB RAM / 128 GB yaddaş versiyası (Snapdragon 820 = 2.15GHz) 413 dollarla satışa çıxarılacaq. Cihazı 1 Martdan etibarən Mi.com saytı üzərindən sifariş verə bilərsiniz.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər