
"Xiaomi"dən sevgililər gününə özəl - Redmi Note 4X
Texnologiya
07.05.2017
Farid Pardashunas
Xiaomi, orta səviyyə xüsusiyyətlərə sahib yeni telefonu Redmi Note 4X-i elan etdi. Cihaz, 14 fevral-dan etibarən bir neçə fərqli versiyada satışa çıxacaq.
14 fevralsevgililər günü üçün bir sürpriz hazırlayan Xiaomi, Redmi Note 4X-in təqdimatını
reallaşdırdı. 144 dollar qiymət etiketi ilə satışa çıxacaq olan telefonun bir də
xəyali xarakter Hatsune-yə uyğunlaşdırılmış versiyası var. Bunun qiyməti isə188 dollar olacaq.
Hatsune
sticker-li cihaz, normal versiya ilə eyni xüsusiyyətlərə sahib kimi görsənir,
ancaq bu cihazı satın alanlar üçün məhdud sayda powerbank,
telefon üçün özəl korpus və gələcək zamanda Hatsune mövzusunu yükləmə şansına
sahib olacaqlar.

Redmi Note 4X-in xüsusiyyətləri bunlardır:
5.5 inç ölçüsündə və 1080p keyfiyyətində
ekran
Snapdragon 625 prosessor
3 GB RAM və 32 GB daxili yaddaş sahəsi
13/5 MP keyfiyyətində arxa və ön kamera
4100mAh gücündə batareya
Android Marshmallow 6.0 əməliyyat sistemi
İki SIM kart dəstəyi
Linki kopyala
Həftənin xəbərləri

