Bəzi adamlar yuxuda olduğu zaman nərə çəkməyi sevirlər. Daha doğrusu xoruldamağı. Yuxudan ayılanda isə onlara heç vaxt isbat edə bilməzsiniz ki, bu cür bərk xoruldayırdınız. Bundan əlavə az yaşlılar gecə yatarkən anormal cümlələr quraraq nəsə haqqında danışırlar səhər açılanda isə and-aman edərlər ki, sakitcə yatıblar. Bütün bu problemlərin çarəsi tapılıb. Artıq ağıllı telefonunuz vasitəsilə gecələr nə kimi səslər çıxardığınızı səhər dərhal öyrənə biləcəksiniz. Sleep Talk Recorder tətbiqi vasitəsilə siz gecə səsinizi yaza bilərsiniz. Bu tətbiq sizin xorultu səs səviyyənizi və nəfəs almağınızın keyfiyyətin də rahatlıqla ölçə bilir. Səhər duranda isə səsinizə qulaq asıb sosial platformalar vasitəsilə səsinizi dostlarınızla paylaşa bilərsiniz.
Tətbiqi hər iki platforma üçün aşağıdakı keçidlərdən yükləyə bilərsiniz:
IOS
Şərh yoxdur