main-post-cover

    Xoş Xəbər! Kiçik ekranlı iPhone-lar geri qayıdır. iPhone 6c

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple-ın 4 inçlik iPhone 6c modelinin xüsusiyyətləri və çıxış tarixi təxmini olaraq müəyyən oldu.
    2 illik fasilədən sonra Apple yenidən 4 inçlik telefon istehsal edəcək. Xüsusilə iPhone 5 və 5s seriyaları uğurlu olduğundan və hələdə bu ölçüdə məhsullara tələbin olması firmanın belə bir addım atmasına səbəb olur. Alınan son məlumatlara görə Apple 2016-ci ilin mart-aprel aylarında 6c modelini təqdim edəcək. Apple ilə bağlı olan məlumatları öncədən əldə edən və bu mövzuda uğurlu olan Yapon blogger Mac Otakara yeni model iPhone-nun istehsala hazır olduğunu bildirdi. Otakaranın məlumatına əsasən iPhone 6c-də çipset olaraq A8 prosessoru, HD kamera, bluetooth 4.1 və Wi-Fi olacaq. hazırlanan modelin plastik yaxud metal olacağı ilə bağlı hələki məlumat yoxdur. Əslində cihazın adının 6c olacağı da məlum deyil. 5c seriyası öz uğursuzluğu ilə fərqləndiyindən Apple mütəxəssisləri ola bilər ki, başqa addan istifadə etsinlər. Martin Hajek adlı dizaynerin 6c üçün hazırladığı dizayn konseptlərini təqdim edirik.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər