
Xoşbəxtliyə təsir edən ünsürlər açıqlandı
07.05.2017
Farid Pardashunas
Siz necə düşünürsünüz? Xoşbəxtliyi pulla almaq olur?
İngiltərədə aparılan bir araşdırmaya görə
insanlar, puldan daha çox ruhi sağlamlığa və onu başa düşən insana daha çox önəm
verirlər.
Bir çoxları pulun onları xoşbəxt edəcəyini
iddia etsə də, gerçək həyatda bunun bir qədər real olmadığı hamıya məlumdur.
Belə ki, insan sadəcə ona maddi tərəfdən qazanc gətirəcək işlərlə məşğul
olmaqla bərabər, ona mənəvi dəstək olacaq işlərlə də məşğul olsa daha xoşbəxt
olur. Bunu London İqtisad Məktəbində 200.000 nəfər arasında aparılan təcrübə
sübut edir. Araşdırmanın nəticələrinə görə insanları maddi çatışmamazlıqdan
daha çox mənəvi münasibətlər daha çox narahat edir. Bunlar arasında depresiya və
qayğı xüsusi rol oynayır. Bu iki ünsürün olması insana xüsusi mənəvi rahatlıq bəxş
edir.

Araşdırmada 1-dən 10-dək qiymətləndirmə
aparılıb. Belə ki, sorğu əsnasında məlum olub ki, maaşı 2 qat artan bir şəxsin əhval-ruhiyyəsindəki
dəyişiklik 20%, yeni biri ilə romantik başlanğıc edənlərdə isə bu rəqəm 60% təşkil
edir. Yəni özünüzə uyğun bir insanla yeni bir başlanğıc etmək maaş artımından 3
dəfə çox xoşbəxt olmağınıza şərait yaradır.
Amma bunun əksi olan davranışlarda-depresiya, qayğı və işsizlik insanın əhvalını
70% mənfi yöndə təsir edir.
Araşdırmaya başçılıq edən prof. Richard
Layard insanların maddi olduğu qədər mənəvi zənginləşəcək şeylərə ehtiyacı
olduğunu bildirib. Həmçinin bu istiqamətdə də addımlar atılmasının vacib şərt
olduğunu vurğulayıb.
Linki kopyala
Həftənin xəbərləri

