Xperia XA 2-nin ilk fotoları sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5509 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

  "Sony”nin yeni smartfonun ilk fotoları təqdim olunub.

Fotoları təqdim etmiş mənbənin məlumatlarına əsasən yeni smartfon Xperia XA 2 adlanacaq. İnternetdə gəzən bir çox məlumatlara əsasən Xperia XA 2, MTK Helio P20 prosessoru, 4 GB RAM, 23 MP arxa və 16 MP ön kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon, USB Type-C və 3.5 mm-lik audiogirişə sahib olacaq. Xperia XA 2-nin MWC 2017 sərgisində təqdim olunacağı güman edilir. Onun qiymətinin isə 320$ civarında olacağı gözlənilir.